Orxan Zeynalovu 20 il həbs cəzası gözləyir
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə dindirilməsi yekunlaşıb. Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə hakim Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqının yekunlaşdığını elan edib. Orxan Zeynalov son söz deyərək qətldə əli olmadığını və Yeqor Şerbakov öldürülərkən başqa şəhərdə olduğunu söyləyib. Gələn həftə məhkəmənin hökmü olacaq. Ehtimal edilir ki, Orxanı 20 il həbs cəzası gözləyir.
Orxan Zeynalovun vəkili Abbasmirzə Abdullayev deyir ki, biz məhkəmə istintaqının nəticəsindən qətiyyən razı deyilik: ”Çünki bu prosesdə hadisənin tək şahidi kimi sadəcə Kseniya Popovanın ifadəsi əsas götürülür. O, isə əvvəl verdiyi ifadəni tamamiylə dəyişib. Biz tələb etdik ki, Kseniya Popovanın yalan dedektoru vasitəsiylə ifdəsi alınsın. Çünki biz həqiqətin ortaya çıxmasını istəyirik. Ancaq bu tələbimiz qəbul edilmədi. Madəm Kseniya Popova doğru danışır, niyə yalan dedektorundan gorxur?”.
Ümumiyyətlə bu cinayət baş verəndən sonra Rusiya ilə Azərbaycan münasibətlərində gərginlik də yaşanmışdı. Hətta bunun ardınca Rusiyadan azərbaycanlıların sıxışdırılmasına da başlamışdılar.