“Oskar” tarixində bir ilk

media-hightechnic-468x90

1929-cu ildən bu günə kimi film sahəsində ən prestişli mükafatlandırma mərasimlərindən sayılan “Oskar”ın tarixində bir ilk yaşanıb.

İlk dəfə olaraq bütün nominasiyalarda qaradərili namizədlərin də adı var. Həmin namizədlərdən bəzisi bunlardır:

Ən yaxşı aktyor – Denzel Vaşinqton “Fences” (“Barmaqlıqlar”)

Ən yaxşı aktrisa – Oktavia Spenser “Hidden Figures” (“Gizli fiqurlar”)

Ən yaxşı aktrisa – Rut Neqqa “Loving” (“Sevgi dolu”)

Ən yaxşı köməkçi aktrisa – Viola Devis “Fences” (“Barmaqlıqlar”)

Ən yaxşı köməkçi aktrisa – Naomi Harris “Moonligth” (“Ay işığı”)

Ən yaxşı köməkçi aktyor – Əli Maherşala “Moonligth” (“Ay işığı”)

Tədbir fevralın 26-da baş tutacaq.

Qeyd edək ki, keçən il təşkil olunan “Oskar”da nominasiyalara yalnız ağdərili namizədlərin adının təqdim olunması müsabiqənin irqçilikdə ittiham edilməsinə səbəb olmuşdu. Builki tədbirdə həmçinin ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı həyata keçirdiyi siyasətinin də kəskin tənqid olunacağı gözlənilir.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600