Ötən ay 7 nəfər zəhərlənərək öldü

media-hightechnic-468x90

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub.

Bu barədə Yenicag.az-a mərkəzin mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si vəfat edib.

Onlardan 6-sı kişi, 1-i qadın olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600