Ötən ay Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, ötən ay oğlan uşaqlarına ən çox qoyulan ad Uğurdur. Bu ad 137 oğlan uşağına verilib. Sonrakı pillələrdə qərarlaşan Hüseyn adı 87, Yusif 86, Əli 76, Rauf isə 70 uşağa qoyulub.
Qız adlarında ən çox fərqlənən Nilay adı olub. Belə ki, bu ad ölkədə 91 qız uşağına verilib. Məryəm 87 sayla siyahıda ikinci yerdə qərarlaşıb. 81 valideyn isə Zəhra, 80 nəfər Aylin, 78 nəfər isə Melisa adlarına üstünlük verib.
www.yenicag.az