Ovçuların nəzərinə

media-hightechnic-468x90

87540_res_01Azərbaycanda fərdi ovçuluq təsərrüfatı ilə məşğul olmaq istəyənlər 1100 manat rüsum ödəyəcəklər.

Prezident İlham Əliyev Azərbaycan prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə fərdi ovçuluq təsərrüfatlarının təşkili ilə bağlı maddə əlavə edilib.

Fərdi ovçuluq təsərrüfatı ilə məşğul olmaq istəyənlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1100 manat rüsum ödəməlidirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600