Övladları dəyişik düşdü və 1.8 milyon avro qazandılar

media-hightechnic-468x90

tezminat4t5yFransada 20 il əvvəl kuvez-inkubatorda körpələri dəyişik salınan iki ailəyə 1,8 milyon avro təzminat veriləcək.

Yenicag.az xəbər verir ki, Kann şəhər məhkəməsi klinikanın hər iki ailə üçün ümumilikdə 1,8 milyon avro ödəməsi barədə hökm çıxarıb.

Ailələrin bioloji qızlarını geri almaq tələbi olmadığına görə onlar böyüdükləri evlərdə yaşamağa davam edəcəklər.

Qeyd edək ki, ailələrdən birinin qızı doğularkən sarılıq xəstəliyinə görə 4 gün kuvez-inkubatorda qalıb. Xəstəxanadan çıxarkən verilən körpənin qızlarına bənzəmədiyini bildirən ailənin şikayətinə məhəl qoyulmayıb.

Qızları böyüyəndən sonra isə ailəsi onun fiziki olaraq özlərinə bənzəmədiyinə görə atalıq testi keçirib. Hər şey də bundan sonra üzə çıxıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600