!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Oxu Günü-8” keçiriləcək

!Reklam – Yazi

23-24 aprel tarixlərində Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Şəmil Sadiqin ideya müəllifi olduğu “Oxu Günü-8” sərgi-festivalı keçiriləcək.

yYenicag..az xəbər verir ki, festivalın təşkilatçıları Abşeron Rayon İcra Hakimiyyəti, “Hədəf Nəşrləri”, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir.

Festival Azərbaycan Respublikası Təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla keçirilir.

“Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgi-festivalda otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri, uşaq inkişaf mərkəzləri iştirak edəcək.

Tədbirin proqramı aşağıdakı kimidir:

– “Gəlin birgə oxuyaq” fləşmobuna qatılıb minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanı yaşamaq;
– sosial şəbəkə hesablarında oxuduqları kitabla birlikdə şəkillərini #gelinbirgeoxuyaq haştaqı ilə paylaşaraq “Oxu Günü”nün mütaliə ulduzları siyahısına düşmək;
– “Gəlin birgə oxuyaq” şüarı ilə əllərində kitabla çağırış edərək video çəkib sosial şəbəkə hesablarında paylaşmaq;
– tanınmış yazıçılar, elm adamları, ictimaiyyət nümayəndələri ilə görüş;
– oxuduğu kitabı özü ilə gətirib, imzalayıb seçdiyiniz iştirakçıya hədiyyə etmək;
– məxsusi qurulmuş səhnədə iştirakçılara öz istedadını nümayiş etdirmək;
– “face-art” vasitəsilə məşhur yazıçıların simasına bürünmək;
– seçilmiş kitabları alaraq rəssamdan öz karikaturanı əldə etmək;
– balaca oxucuların hədəf atışı edərək kitab hədiyyə qazanması;
– balaca oxucular üçün mütaliə və nağıl saatları;
– şahmat həvəskarlarının oyunda qalib gələrək kitab hədiyyəsi alması;
– “Kitabı ağaca çevirək!” stendindən “Özün al, özün ödə” formatında kitab alıb texnobağın salınmasına dəstək vermək;
– rəsmilərin uşaqlara kitab oxuma saatları;
– kukla teatr tamaşalarının qonağı olmaq;
– tanınmış əsərlərdəki monoloqlardan teatral parçalar səsləndirmək;
– “Sürətli oxu” yarışında iştirak edib kitab qazanmaq kimi maraqlı və əyləncəli aksiyalara şahid olmaq.
Xatırladaq ki, “Oxu Günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib.

Əlavə məlumat üçün bildirək ki, sərgi iki gün müddətində saat 10:00-dan 20:00-dək davam edəcək.

Qeyd edək ki, sərgi-festivalın baş sponsoru “Hedef Group”dur.

Tədbirin informasiya dəstəkçiləri AzTV, “525-ci qəzet”, “Senet.az” və “Azedu.az” saytları, eləcə də “Ustad” dərgisidir.

www.yenicag.az

878
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv