Oyun vaxtı TRT-nin yayımı niyə dayandırılıb? – Rəsmi

media-hightechnic-468x90

TRT və “TRT Spor“ kanalları 15 iyun – 13 iyul 2025-ci il tarixləri arasında ABŞ-da təşkil olunan futbol üzrə klublararası dünya çempionatının (FIFA Club World Cup) oyunlarının yalnız Türkiyə Respublikası ərazisində yayım hüququnu əldə ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

O qeyd edib ki, Azərbaycan ərazisində həmin oyunların yayım hüququ müvafiq yerli yayımçılar tərəfindən alınıb:

“Beynəlxalq praktikaya uyğun olaraq belə hallarda müstəsna yayım hüquqları çərçivəsində oyunların nümayişi zamanı xarici kanalların yayımı dayandırılır. 2022-ci ildə keçirilən futbol üzrə dünya çempionatının, habelə 2024-cü ildə keçirilən furbol üzrə Avropa çempionatının oyunlarının nümayişi zamanı da bu praktikadan istifadə olunurdu”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa