“Oyun Zolağı”nın yeri dəyişdirilir

media-hightechnic-468x90

92266Bakıda salınan “Oyunlar zolağı”nın yeri dəyişdirilir. Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə məlumatlar verilib.

Verilən məlumatlara görə, bir neçə ərazilərdə çəkilən zolaqların yeri səhv olub. Zolaq səhv çəkildiyi üçün onlar silinib və yeniləri çəkilib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki,  yayılan xəbərlər bir az şişirdilib. Onun sözlərinə görə, yalnız bir ərazidə çəkilən “Oyun zolağı”nın yeri dəyişdirilib.

“Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında çəkilən “Oyun zolağı” soldan sağa dəyişdirilib. İlk dəfə zolağı sol tərəfdən çəkmişdilər. Sonradan həmin ərazidə tıxac yarandı. Tıxacın qarşısını almaq və yolda təhlükəsizlik tədbirlərini gücləndirmək üçün “Oyun zolağı” soldan sağa keçirilib”, – deyə Anar Nəcəfli bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600