Oyunun ortasında özünü qapı dirəyinə bağladı - FOTOLAR

media-hightechnic-468x90

İngiltərə Premyer Liqasının təxirə salınmış 20-ci turunun “Everton” – “Nyukasl” matçında (1:0) qəribə hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, 50-ci dəqiqədə azarkeşlərdən biri meydançaya daxil olub və özünü plastik qandalla qapının dirəyinə bağlayıb. Baş hakim Kreyq Pauson təhlükəsizlik xidmətinin əməkdaşlarının azarkeşi xilas edə bilməsi üçün görüşü dayandırmaq məcburiyyətində qalıb.

Bir müddət sonra stadion işçiləri azarkeşin boğazındakı plastik qandalı çıxarıblar. Baş verənlərə görə 10 dəqiqəyə yaxın fasilə yaranıb və daha sonra hakim görüşü davam etdirib.

“Just stop Oil” (“Sadəcə nefti dayandırın”-red) yazılı köynək geyən azarkeşin siyasi fəal olduğu vurğulanıb. O, yeni neft yataqlarının işlənməsinin əleyhinə olduğu üçün bu cür addım atıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600