Özbəkistanın Rusiyadan asılılığı artır.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.
Qəzetin məlumatına görə, Moskva Qazaxıstan və Özbəkistanda enerji sektorunda təsirini artırmaqla bu bölgədə onu dəfn etməyin erkən olduğunu göstərdi.
“Mərkəzi Asiya liderləri son illər Çindən iqtisadi asılılıqları artsa da, Rusiya enerji sektorunda təsirini genişləndirməklə Çinlə rəqabətdə bu bölgəni ona təslim etmək niyyətində olmadığını göstərir”, – deyə məlumatda qeyd olunur.
Nəşr yazır ki, Özbəkistanda iki ildir ciddi qaz böhranı var və Rusiya müəyyən endirimlərlə Qazaxıstanı bazardan çıxardıb:
“Özbəkistana qaz ixracı 4 dəfə artıb, Rusiya eyni zamanda Özbəkistanın qaz emalı və neft-kimya sənayelərində təsirini artırır. Ticarət dövriyyəsi 10 milyard dollara çatır, Özbəkistan və Rusiya arasında hərbi əməkdaşlıq genişlənir, Mərkəzi Asiyanın indiyə qədər müstəqil siyasət aparan ölkəsi ölkədə iqtisadi böhrandan dolayı Rusiyanın enerji təsirinə düşür. AES inşasında əvvəlcə 2.4 gigavat gücündə kompleks nəzərdə tutulsa da, lakin sonradan bu rəqəm 330 meqavata endirildi”.
Agentliyin məlumatına görə, Özbəkistan indiyə qədər Rusiya ilə münasibətlərdə ehtiyatlı davranıb, iqtisadi və hərbi inteqrasiyaya qarşı çıxıb.
“Buna baxmayaraq, Özbəkistan Rusiyadan ifrat uzaqlaşmağın da ona ziyan vuracağını anlayır. Mirzoyoyev hakimiyyətə gəldikdən sonra Özbəkistan heç bir öhdəlik daşımadan AİB-də müşahidəçi üzv oldu. Özbəkistan, eyni zamanda, ŞƏT-də fəal təmsil olunmağa başladı. Özbəkistanla Rusiya arasında ticarət dövriyyəsi də 3 dəfə artıb”.
“Digər tərəfdən isə Özbəkistanın bir çox məhsulları üçün yeganə ixrac bazarı Rusiyadır. Özbəkistan dövləti ən böyük xidmət və işçi ixracını Rusiya bazarına edir. Təsadüfi deyil ki, Özbəkistan həm də Rusiyadan pul köçürmələrində illik rekord – 14.5 milyard dollar gəlir əldə edir ki, bu da Rəsmi Daşkənd üçün Moskva ilə münasibətləri normal səviyyədə saxlamağa məcbur edir. Ukrayna müharibəsindən sonra Rusiyanın Orta Asiyada siyasi təsiri azalsa da, son zamanlar Moskva bu regionda təsirini yenidən artırmağa başlayıb”, – “Bloomberg” analitikləri əlavə edib.
Rafi Müslümov
www.yenicag.az