Özbəkistanın tanınmış jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanda rəsmi səfəri çərçivəsində “Yeni Çağ” Media Qrupunu ziyarət edib.
Yenicag.az xəbər verir ki, ziyarətə Özbəkistan İttifaqları Federasiyasının sədr müavini, “Vətən” qəzetinin baş redaktoru, Özbəkistan Dövlət Ali Məclisinin Senatının üzvü Husan Ermatov, Özbəkistan Jurnalistlər İttifaqının sədri Halmurad Salimov, özbək şairi Şöhrət Arif “Yeni Çağ” Media Qrupunun redaksiyasının qonağı olublar.
Qonaqları “Yeni Çağ” Media Qrupunun təsisçisi və baş direktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər qarşılayıb. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında media əlaqələrinin möhkəmləndirilməsi, iki ölkə arasında media sahəsində əməkdaşlıq və inkişaf məsələləri müzakirə edilib.
Görüşdə həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli də iştirak edib.
Qeyd edək ki, sözügedən görüş iki ölkə arasında media sahəsində daha sıx əlaqələrin qurulmasına və gələcək əməkdaşlığın inkişafına töhfə verəcək.
Sonda nümayəndə heyəti ilə birgə xatirə fotosu çəkdirilib.
Məsimə Məmmədova
www.yenicag.az