Özcan Dəniz, Burak Özçivitlə iyun ayında evlənməyə hazırlaşan keçmiş sevgilisi Fahriye Evcenin İnstagramdakı bir videosunu bəyənib.
Yeniçağ.Az xəbər verir ki, müğənninin bu hərəkəti sosial şəbəkədə böyük səs-küyə səbəb olub. Buna görə də, o, bu məsələ ilə bağlı öz hesabından açıqlama verib:
“Əslində bu məsələ haqqında danışmazdım, amma indi vəziyyət fərqlidir. Bir neçə ay sonra evlənməyə hazırlaşan bir cütlükdən söhbət gedir… Heç kimin şəxsi həyatında problemə çevrilmək istəmərəm…
Gördüm ki, siz bunu mənim şüursuzca etdiyimi düşündünüz, ona görə də izahat vermək istədim. İnşallah söz-söhbətin qarşısına keçə bilərəm!
Bilirsiniz ki, uşaqlar telefonla oynamağı çox sevir. İnstagramda isə heç əlaqəsi olmasa da, məşhur insanların paylaşımları görünür. Oynaması üçün telefonumu altı yaşlı uşağa vermişdim. Hər şey səhvən baş verib.
Uşağın anası da tez telefonu alıb, bəyənməni geri götürüb.
Yəni evlilik hazırlığı edən bir cütlüyə bu cür hörmətsizlik edəcək qədər şüursuz deyiləm.
Rahatlaşdıq?”
Yeniçağ.Az
www.yenicag.az