!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özəl sektoru hərəkətləndirən VERGİ GÜZƏŞTLƏRİ: “Sosial fondlara köçürülən vəsaitlərin artımına...”

!Reklam – Yazi

“Vergi güzəştləri regionlarımızda qeyri-aktiv fəaliyyət göstərən turizm subyektlərinin qiymətlərində özünü müsbət planda əks etdirəcək”.

Bu fikirləri 2024-cü ildə ölkədə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə hədəflənmiş addımları şərh edən iqtisadçı Eyyub Kərimli  Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, dövlət tərəfindən sahibkarlıq subyektlərinə edilən vergi güzəştləri həmin sahənin inkişafına təkan verəcək:

“Nəzərdə tutulan vergi güzəştlərinin sosial təminatlar baxımından əhəmiyyətli təsirləri olacaq. İlk əvvəl onu qeyd etmək lazımdır ki, yaradılan sosial fondlara köçürülən vəsaitlərin vergidən azad olunması köçürmənin miqdarını artırmağa imkan verəcək.

Digər tərəfdən, turizm sektorunda bu gün fəaliyyət göstərməyən bəzi otel və sanatoriyalara əmlak vergisinin tətbiqində müəyyən güzəştlər nəzərdə tutulur. Bu da regionlarımızda qeyri-aktiv fəaliyyət göstərən turizm subyektlərinin qiymətlərində özünü müsbət planda əks etdirəcək.

Fikrimcə, vergi mexanizmlərinin sadələşdirilməsi, eləcə də təhsil, elm və idman sahələrində həyata keçirilən dəyişikliklər də sözügedən sektorun inkişafını əhəmiyyətli dərəcədə stimullaşdırır.

Eyni zamanda, bəhs olunan dəyişiklik bu sahəyə daxil olan vəsaitlərin artımına da şərait yaradacaq. Ümumiyyətlə, dövlət tərəfindən sahibkarlıq subyektlərinə edilən vergi güzəştləri həmin sahənin inkişafı və genişlənməsinə, o cümlədən, optimal fəaliyyətinə təkan verəcək. Bütün bunlar sahibkarlıq mühitinə yönəlik özünəməxsus əlverişli iqtisadi prosesdir”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv