!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özəl və dövlət məktəblərinin ƏSAS FƏRQİ: “Əksər ailələrin büdcəsinə uyğun olmadığı üçün...”

!Reklam – Yazi

“Sinifdə şagird sayının azlığı, eyni zamanda, müəllim peşəkarlığının xüsusi diqqətdə saxlanması özəl məktəblərə üstünlük qazandıran amiillərdəndir”.

Bu fikirləri Azərbaycanda özəl və dövlət məktəblərində tədrisin keyfiyyəti arasında fərqləri şərh edən təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, özəl və dövlət məktəbləri arasında əsas fərq mühitlə əlaqədardaır:

“Ölkədə təqribən 100 özəl məktəb fəaliyyət göstərir və onların əksəriyyətində tədris beynəlxalq kurikulum əsasında həyata keçirilir. Belə məktəblərdə illik təhsil haqqının 5 min-60 min manat arasında dəyişir. Lakin bu qiymət əksər ailələrin büdcəsinə uyğun olmadığı üçün özəl məktəblərdə təhsil alan şagirdlərin sayı çox deyil.

Özəl məktəblərdə sinifdə şagird sayının azlığı, eyni zamanda, müəllimlər üçün hər il məktəb tərəfindən imtahan keçirilməsi və müəllim peşəkarlığının xüsusi diqqətdə saxlanması üstünlük təşkil edən amiillərdəndir. Bu baxımdan, çox adam düşünür ki, özəl məktəb-liseylərdə təhsilin səviyyəsi daha yüksəkdir.

Lakin bu belə deyil. Çünki dövlət məktəblərində də kifayət qədər peşəkar müəllimlərimiz çalışır və onların tərəfindən tədris yüksək səviyyədə həyata keçirilir. Özəl və dövlət məktəbləri arasında fərq sadəcə, mühitlə əlaqədardır”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

2010
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv