Özgecanın qatili ilə bağlı şok faktlar

media-hightechnic-468x90

83796Türkiyəni ayağa qaldıran Özgecan Aslan cinayətini törətməkdə şübhəli bilinən Sübhi Altındökən adlı şəxsin ailəsi və qohumları radikal addım atmağa hazırlaşır. Mərsin vilayətinin Tarsus rayonunda yaşayan Altındökən nəsli öz soyadını dəyişmək istəyir.

Bunu şübhəlinin əmisi Vehzat Altındökən deyib. Qardaşı oğlu ilə uzun müddətdir əlaqələrinin olmadığını və onun psixoloji problemlərindən dolayı qohumlardan uzaqlaşdığını deyən əmi, onun bu psixoloji durumunda ailəsini günahlandırıb.

“Sübhi bir yol qəzasına düşmüşdü. Zədə almışdı, psixologiyası pozuldu, psixopat oldu. Başı parçalanmışdı, üzünə platin yerləşdirilmişdi. 2-3 yaşında bir oğlu var, başını divara vurur. Psixopatın uşağı da psixopat olar. Sübhi atasını toy günü bıçaqlamışdı. Anası da atasını günahlandırır, deyilənə görə. Doğrudur. Atası da anasına qarşı zorakılığa yol verirdi. Ona görə də 4 ildir ayrılıblar. Atası da yoldaşını və uşaqlarını döyürdü.” – şübhəlinin əmisi Vehzat Altındökən belə deyib.

Şübhəlinin əmisi bu cinayəti onların yaxınının törətdiyinə görə utandıqlarını və Altındökən ailəsin ağsaqqallarının verəcəyi qərara əsasən, soyadlarını dəyişə biləcəklərini deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600