Özünü evin tavanından asdı
Bakıda dəhşətli intihar hadisəsi qeydə alınıb.
Dünən saat 12:00 radələrində Xəzər rayon X.İskəndərov küçəsində intihar hadisəsi qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü rayon sakini Babayev Zahid özünü yaşadığı evin tavanından asıb. Yaxınları təcili yardıma müraciət etsələr də, mərhumun həyatını xilas etmək mümkün olmayıb. Onun intihar etməsinin səbəbi hələlik bəlli deyil.
Hadisə ilə bağlı prokurorluq araşdırma aparır.