Özünü yandıran Qarabağ veteranı öldü

media-hightechnic-468x90

94919_res_01Qarabağ müharibəsi iştirakçısı Mirtahir Mürsəlov mayın 19-da Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında özünü yandırıb.

Qarabağ Qaziləri Təşkilatından “Azadlıq” radiosuna verilən məlumata görə, buna səbəb polis və prokurorluğun, döyülməsi və hədələnməsi ilə bağlı, onun şikayətinə məhəl qoymaması olub.

Mirtahir Mürsəlov Bakıdakı 5 nömrəli xəstəxanaya götürülsə də həyatını xilas etmək mümkün olmayıb.

* * *

Dünən axşam Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında Qarabağ müharibəsi və 20 yanvar hadisələrinin iştirakçısı Mürsəlov Mirtahir Miradil oğlu özünü yandırıb.

Bu barədə qaziler.az saytına özünə qəsd edən müharibə veteranının qardaşı Mürsəlov Mirkamil məlumat verib. Onun sözlərinə görə, qardaşının özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub.

Mirtahir Mürsəlov Bakı şəhərindəki 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirlib.

Xatırladaq ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş vermişdi. Qarabağ müharibəsi əlili Həsən Abidinov özünü asaraq intihar etmişdi(virtualaz).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600