Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pakistan Senatının sədri: "Bundan sonra da Azərbaycanın haqq işini dəstəkləyəcəyik"

Reklam: High Technic

Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Pakistan Parlamenti Senatının sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Senatın sədri Azərbaycanın Vətən müharibəsində Qələbəsinin birinci ildönümü münasibətilə Pakistan xalqı, Senatı və şəxsən öz adından səmimi təbriklərini çatdırıb.

Bildirib ki, Pakistan İslam Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq aparılan Vətən müharibəsindən əvvəl də, müharibə dövründə də Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarının bərpa olunması sevindirici haldır.

Senatın sədri Azərbaycanın məcburi köçkünlərinin tezliklə doğma torpaqlarına qayıtmasının təmin ediləcəyinə və işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq və bərpa işlərinin başa çatacağına əminliyini bildirib. Məhəmməd Sancrani beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq Ermənistanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etməsini təmin etmək üçün bütün addımları atacağına inamını ifadə edib.

Senatın sədri Pakistan İslam Respublikası parlamentinin, hökumətinin və xalqının bundan sonra da Azərbaycanın haqq işini dəstəkləyəcəyini diqqətə çatdırıb.

www.yenicag.az

190
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100