Pakistan torpaqlarımızın azad olunmasını istəyir

media-hightechnic-468x90

Daşqın Şikarov: “Pakistan birmənalı bəyan edir ki, əvvəlcə işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir”

“Son zamanlar Ermənistan çox ciddi cəhdlə Pakistanla diplomatik münasibətlər qurmağa çalışır”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.

Səfir bildirib ki, Pakistanın bu məsələdə mövqeyi birmənalıdır: “Pakistan əvvəllər olduğu kimi, yenə də birmənalı olaraq vurğulayır ki, öncə işğal olunmuş Azərbaycan torpaqlarını azad edin, daha sonra Pakistanla Ermənistan arasında diplomatik münasibətlər qurula bilər. Bu da Pakistanın Azərbaycana verdiyi dəyərin göstəricisi, eyni zamanda prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycanın mövqeyi beynəlxalq aləmdə güclənir, dostları artır və dostlar da mövqelərini birmənalı olaraq bildirirlər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600