Pakistan XİN: Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik

Pakistan Ermənistan qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədinə törətdiyi hücumu qətiyyətlə pisləyir.

Yenicag.az-ın məlumatına görə, bu barədə Pakistan XİN-nin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağdakı həll olunmamış münaqişə bölgədəki sülhə və təhlükəsizliyə ciddi hədə yaradır və uzunmüddətli nəticələrə səbəb olur:

“Son təxribatçı hərəkətlər Ermənistanın beynəlxalq birliyin diqqətini yayındırmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün davam edən danışıqlar prosesinə mane olmaq cəhdidir.

Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir”.