Pakistan XİN-i Azərbaycan xalqına başsağlığı verdi

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.

Yenicag.az xəbər verir ki, bunu Pakistan XİN-in mətbuat xidməti açıqlayıb.

“Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir”, – XİN-in məlumatında vurğulanıb.