!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistandakı partlayışda ölənlərin sayı 90-a çatdı - Matəm elan edildi / YENİLƏNDİ 

!Reklam – Yazi

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb.

Hayber-Paxtunxva əyalətinin başçısı Məhəmməd Əzəm Xan bütün bölgədə bir günlük matəm elan edib.

***

Xəbər verdiyimiz kimi, Pakistanın Peşavar şəhərində yerləşən məsciddə partlayış baş verib.

Yenicag.az xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb, 200-dən çox insan isə xəsarət alıb.

Məlumata görə, bir neçə nəfərin durumu ağır olaraq qalır, yaralıların müalicəsi isə davam etdirilir.

Xatırladaq ki, yanvarın 30-da Pakistanın şimal-qərbində, Peşavar şəhərində yerləşən məsciddə terror aktı baş verib. Məlumata görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.

Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv