Pakistanın Baş naziri Davosda Dünya İqtisadi Forumuna səfərini yarımçıq qoyub və təcili olaraq İslamabada qayıdır.
Yenicag.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Məlumatda bildirilir ki, İranla münasibətlərin gərginləşməsi fonunda Pakistanın baş naziri Davosda Dünya İqtisadi Forumuna səfərini yarımçıq qoyub və təcili olaraq İslamabada qayıtmaq qərarına gəlib.
Xatırladaq ki, yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusu İran-Pakistan sərhədində, eləcə də Pakistan ərazisində Bəluc paramilitar qruplaşmasının Ceyş ül-Adl hədəflərinə raket zərbələri endirib.
Buna cavab olaraq, yanvarın 18-də Pakistan İranın Sistan və Bəlucistan əyalətindəki “terrorçuların sığınacaqlarına” hücum edib.
Xuraman Etibarlı
www.yenicag.az