Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Ermənistanı Dağlıq Qarabağdan çəkilməyə və BMT-nin qətnamələrini icra etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, BMT Baş Assambleyasının 74-cü iclası çərçivəsində toplanan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısında çıxış edən Qureyşi Dağlıq Qarabağ münaqişəsinin də Kəşmir problemi sabitliyə təhdid olduğunu bildirib.
Qureyşi Ermənistanın işğalı nəticəsində 1994-cü ildən bu yana 1 milyon insanın öz yurd-yuvasından qaçqın düşdüyünü bildirərək, İrəvanı Qarabağdan çıxmağa çağırıb:
“Pakistan Ermənistanın coğrafi, demografik, sosial və mədəni quruluşunu dəyişdirməyə istiqamətlənmiş addımlarına qarşıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı və hərbi qüvvələrini Dağlıq Qarabağdan çıxararaq, BMT-nin qətnamələrini yerinə yetirməlidir”.
Aqil Bəkir