!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pandemiya dövründə ölkədə qeydə alınan zəlzələlərin SAYI

!Reklam – Yazi

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın respublika ərazisində xüsusi karantin rejimi elan etməsindən sonra bir sıra dövlət qurumları ilə yanaşı, AMEA nəzdində Respublika Seysmoloji Xıdmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu” və ölkə ərazisindəki seysmik stansiyalarımızda məhdud sayda əməkdaşlar cəlb olunmaqla fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir. RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun əməkdaşları tərəfindən sistemin fasiləsiz olaraq işlənməsini təmin etmək üçün proqram təminatları, telemetrik stansiyaların vəziyyəti və parametrlərinə nəzarət edilir. Həmçinin iş prosesində yaranmış hər hansı bir problemlər operativ halda aradan qaldırılır.

Yenicag.az-ın məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli pandemiya dövründə mərkəzdə aparılan tədqiqat işləri haqqında açıqlamasında belə deyib.

Baş direktorun sözlərinə görə, hazırda mərkəzin 40 seysmik stansiyalar şəbəkəsi vasitəsilə yerli, yaxın, uzaq zəlzələlər, vulkanlar, sürüşmələr, partlayışlar emal edilir.

“ Pandemiya dövründə seysmik stansiyalar vasitəsi ilə 1751 yeraltı təkan qeydə alınmışdır. Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş vermişdir. Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası ml≥3 10 zəlzələ qeydə alnmışdır və həmin zəlzələlərin 4-ü hiss olunan olmuşdur. Pandemiya dövrü ərzində Böyük Qafqazın cənub-şərq hissəsində (Oğuz-Qəbələ, Şamaxı, Siyəzən, Quba ərazilərində) seysmik aktivliyin artımı qeydə alınmışdır. Talış dağlıq zonasında, Samux ərazisində aktivlik fon səviyyəsindən yüksək olmuşdur. Xəzər akvatoriyasında seysmiklik fon səviyyəsində olmuşdur. İran-Türkiyyə sərhəddində baş vermiş güclü təkandan sonra afterşoklar davam edir. Seysmikliyin fon səviyyəsindən yüksək olması müşahidə olunur”.

RSXM-nin baş direktoru onu da bildirib ki, emal olunan məlumatlar əsasında ayrı-ayrılıqda kataloqlar tərtib olunur. Bu kataloqlarda zəlzələ ocaqlarının parametrləri (Tₒ , φ, λ, h və ml) göstərilir. Eləcə də, emal olunan məlumatlar məlumat bazasına toplanır və arxivləşdirilir. Kataloq əsasında Azərbaycan və ona bitişik ərazilərdə seysmikliyin analizi aparılır. Həmçinin büro tərəfindən maqnitudası ml≥3.0 olan zəlzələlər aidiyyatı olan orqanlara göndərilir. Maqnitudası 3 və 3 -dən yuxarı olan zəlzələlər haqqında məlumatlar, həmçinin Azərbaycana bitişik ərazilərdə baş verən və bizim sərhədyanı bölgələrdə hiss olunan zəlzələlər haqqında məlumatlar mütəmadi olaraq mərkəzin www.seismology.az saytında yerləşdirilir. Maqnitudası ml≥2.0 olan zəlzələlər bülleten formatında Avropa Aralıqdənizi Seysmoloji Mərkəzi saytına göndərilir.

Bundan başqa pandemiya dövründə ayrı – ayrı şöbələrin rəhbərləri ilə qarşıda duran vəzifələrə dair virtual müzakirələr aparılmış, müvafiq tapşırıqlar verilmişdir. Mərkəzin elmi nəşri olan “Seismoprognosis observations in the territory of Azerbaijan” (Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri) elmi jurnalının 2020-ci ilin birinci yarımilliyində nəşr olunacaq növbəti sayı çapa hazırlanmışdır.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi dövründə işə cəlbetmə ilə bağlı bütün tələb, qayda və rejimlərinə əməl edilməklə, mərkəz gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Həmçinin mərkəzin xarici ölkələrdə olan tərəfdaşları ilə əməkdaşlıq və təcrübə mübadiləsinə dair vaxtaşırı virtual müzakirələr aparılır.

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv