!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Pandemiya dövründə yükdaşımalarda 25-27 faiz artım olub” - Nazirlik rəsmisi

!Reklam – Yazi

“Aprel-may aylarında təyyarə ilə 25 minə yaxın sərnişin daşınıb”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.

Arif Məmmədovun sözlərinə görə, Azərbaycanla uçuşları bərpa etmək üçün Rusiya, Türkiyə və digər ölkələrin şirkətlərindən müraicətlər daxil olub. Lakin ölkəmizdə virusla mübarizə çərçivəsində mövcud qadağalar davam etdiriləcək:

“Biz ilk dəfə beynəlxalq səviyyədə məlumat yerləşdirdik ki, mayın 31-nə qədər Azərbaycana uçuşlar qadağandır. Daha sonra isə bu məlumatları yenilədik və qadağa müddətini iyulun 1-nə qədər uzatdıq.

Aprel-may aylarında təyyarə ilə 25 minə yaxın sərnişin daşınıb. Bura ölkəmizə gələn və ölkədən gedən sərnişinlərin sayı daxildir. Çarter uçuşlarımız isə davam edir”.

Gülşən Şərif

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv