!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Pandemiya ilə effektli mübarizə üçün 2,5 milyard manat yetərli olmayacaq” – Professordan PROQNOZ

!Reklam – Yazi

“Dövlət kapital qoyuluşlarının azaldılması kifayət qədər risklidir və iqtisadiyyatda mənfi nəticələrə yol aça bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının yaratdığı vəziyyətin təsiri ilə Azərbaycanın 2020-ci il dövlət büdcəsinə dəyişikliklərin edilməsi ehtimalını dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib.

Elşad Məmmədovun sözlərinə görə, ölkədə son bir neçə həftə ərzində yoluxma dinamikasının yüksəlməsi koronavirus əleyhinə tədbirlər üçün nəzərdə tutulan vəsaitin artırılmasını zəruri edir:

“Pandemiya ilə mübarizə çərçivəsində dövlətin xərcləri kəskin şəkildə artmaqdadır. Ona görə də, pandemiya ilə mübarizə üçün ayrılmış 2,5 milyard manat həcmində vəsaitin yetərli olmayacağını söyləmək mümkündür.

Bu səbəbdən, mövcud fors-major vəziyyətdə 2020-ci il dövlət büdcəsinin parametrlərinə yenidən baxılacağı çox realdır. Bu çərçivədə dövlət idarəetməsi ilə bağlı xərclərın azaldılacağı gözlənilir.

Eyni zamanda, dövlət kapital qoyuluşlarında da azalmalar baş verəcəyi istisna deyil. Lakin bu addım kifayət qədər risklidir və iqtisadiyyatda mənfi nəticələrə yol aça bilər.

Ölkədə daxili kreditləşmə institutunun genişləndirilməsinə ehtiyac var. Banklarda pul emissiyası genişləndirilməli və real sektora yönəlik yumşaq, uzunmüddətli, təyinata uyğun kreditləşmə siyati aktiv şəkildə tətbiq edilməlidir. Əks halda, işgüzar fəallığın xeyli zəifləməsi və ölkə iqtisasiyyatının geriləməsi faktı ilə üz-üzə qala bilərik”.

Qeyd edək ki, Azərbaycanda koronavirusla mübarizə məqsədilə 2,5 milyard manat həcmində dövlət vəsaiti ayrılıb. Bununla belə, hökumətin 2020-ci ilin birinci rübünün yekunlarının müzakirəsinə həsr olunmuş iclasında çıxış edən prezident İlham Əliyev ehtiyac olacağı halda, bu məbləğin artırıla biləcəyini diqqətə çatdırıb.

Gülşən Şərif

www.yenicag.az

2158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv