!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli oldu - FOTO

!Reklam – Yazi

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli olub.

Yenicag.az-ın məlumatına görə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri təyin olunub.

Rüfət Hacılı 1992-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə ali təhsilini Bakı Dövlət Universitetində tamamlayıb. 2017-ci ildən MPK-da beynəlxalq əlaqələr və marketinq şöbəsində fəaliyyətə başlayıb, hazırda isə həmin şöbənin müdiridir. Eyni zamanda, R.Hacılı Milli Abilimpiya Federasiyasının vitse-prezidenti və Beynəlxalq Abilimpiya Federasiyasının idarə heyətinin üzvüdür.
R.Hacılı 2023-cü ildə X Beynəlxalq Abilimpiya Çempionatında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

Qeyd edək ki, XVII Yay Paralimpiya Oyunları 28 avqust-08 sentyabr 2024-cü il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək. Milli Paralimpiya Komitəsi və Ajan şəhərinin meriyası arasında imzalanmış müqaviləyə əsasən, 2024-cü ilin avqust ayında Oyunlara səmərəli hazırlaşmaq məqsədilə milli paralimpiya komandası üçün Ajan şəhərində təlim-məşq toplanışı təşkil ediləcək. XVII Yay Paralimpiya Oyunlarında ölkəmizin yeddi-səkkiz idman növündə 45-50-yə yaxın idmançı ilə təmsil olunması gözlənilir.

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv