“Paris-2024”: Azərbaycan idmançılarının vahid idman forması təqdim olundu

media-hightechnic-468x90

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının vahid idman forması təqdim olunub.

Yenicag.az xəbər verir ki, yeni geyim dəsti Olimpiya komandasının Milli Gimnastika Arenasında təşkil olunan yolasalma mərasimi zamanı ictimaiyyətə nümayiş etdirilib.

Olimpiada üçün xüsusi dizaynla hazırlanmış formalar ağ, tünd göy, çəhrayı və yaşıl rəngdədir. Geyim dəstlərinin üzərində Azərbaycan bayrağı, gerbi və Xarıbülbül əks olunub.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa