!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Paris Azərbaycan Evi beynəlxalq ictimaiyyətə müraciət etdi

!Reklam – Yazi

Fransada fəaliyyət göstərən Paris Azərbaycan Evi ölkəmizin dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq təşkilatlara müraciət edib.

Bu barədə Yenicag.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Nəzərə çatdırılıb ki, paytaxt Parisdə yaşayan Azərbaycan icması beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinə görə dərin narahatlıq hissi keçirir. Çünki Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan normallaşma və sülh danışıqları prosesinə Ermənistanın hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar göz önündədir.

Paris Azərbaycan Evi beynəlxalq qurumları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində səylərini artırmağa və əməli addımlar atmağa çağırıb.

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv