“Park Cinema”dan pulsuz cizgi filmlər

media-hightechnic-468x90

загруженное (3)Azərbaycanın ən böyük kinoteatr şəbəkəsi olan “Park Cinema” ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında əməkdaşlıq layihəsi davam edir.

Kinoteatrın mətbuat xidmətindən bildiriblər ki, bu ilin oktyabr ayından başlayaraq hər gün 1000-dən çox şagird “Park Cinema”da pulsuz yeni cizgi filmlərini izləmək imkanı qazanacaq.

Bu paytaxt məktəblərində təhsildə uğur qazanan fəal şagirdlərə aid edilir.

Aksiya şagirdlərin təhsilə olan həvəsini artırmaq məqsədilə həyata keçirilir.

Kinoteatr şəbəkəsinin rəhbərliyi gələcəkdə də təhsil və əyləncə sektorunun əməkdaşlığına yönəlmiş irimiqyaslı layihələrin keçirilməsinin tərəfdarıdır.

Kinoteatr şəbəkəsi və repertuarı haqqında ətraflı məlumatı www.parkcinema.az rəsmi saytından və “Facebook” sosial şəbəkəsində olan səhifədən ala bilərsiniz. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600