!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlament Paşinyanı baş nazir seçmədi

!Reklam – Yazi

Bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.

Yenicag.az xəbər verir ki, baş nazir vəzifəsinə yeganə namizəd “Yelk” fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyan olub. O, öncə parlamentdə çıxış edib və deputatların suallarını cavablandırıb. Ardından səsvermə keçirilib. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.

Nəticədə Ermənistan parlamenti Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxacaq və növbədənkənar seçki təyin edəcək.

COP29

www.yenicag.az

1579
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv