Parlamentdə dava-Fotolar

media-hightechnic-468x90

xseTürkiyə Böyük Millətlər Məclisində gərginlik yaşanıb.

TBMM-nin sədr müavini Güldal Mumcunun rəhbərliyi ilə keçirilən iclasda fasilə verilən zaman ara qarışıb. Belə ki, Cümhuriyyət Xalq Partiyası (CHP) millət vəkili Özgür Özelin iclasdakı çıxışları bəzi hakim Ədalət və İnkişaf Partiyası (AKP) millət vəkillərinin xoşuna gəlməyib.

Münaqişəyə səbəb CHP-li Özgür Özelin son əməliyyatlara diqqət çəkməsi və onların məqsədini soruşması olub. “Gənclər fahişəliklə ittiham edilir, azyaşlılar atasız böyüyüəndə səssiz qaldınız” deyərək etirazını bildirib.

Fasilə zamanı münaqişə edən millət vəkillərini meşə və su işləri naziri Eroğlu sakitləşdirməyə çalışıb.
CHP sıralarına qoşulan AKP Ağrı millət vəkili Əkrəm Çələbinin hakim partiya nümayəndələri ilə mübahisəsi isə digər nümayəndələrin köməyi ilə sakitləşdirilib.

Uzun müddət dialoq şəkilində davam edən mübahisələr iclasın yekunlaşması ilə başa çatıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600