COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə COP29-un Prezidenti Muxtar Babayev iqlim dəyişiklikləri ilə mübarizədə parlamentlərin vacib rolunu vurğulayıb.
Yenicağ.az-ın məlumatına görə, Muxtar Babayev çıxışında bildirib ki, parlamentlər büdcələrin təsdiqi və iqtisadi qanunların qəbulu ilə iqlim siyasətinin həyata keçirilməsində əsas alətlərə sahibdir. “Bu prosesdə siyasi və iqtisadi baryerlər ciddi problemlərə səbəb ola bilər. Buna görə də həm ədalətli, həm də ambisiyalı tədbirlərin həyata keçirilməsini təmin etməliyik,” – deyə o qeyd edib.
Tədbirdə parlamentlərin iqlim məsələlərində təşəbbüskar mövqeyi, qanunvericilikdə yaşıl siyasətlərin prioritetləşdirilməsi və beynəlxalq əməkdaşlıq yolları müzakirə edilib.
Məsimə Məmmədova
www.yenicag.az