“Çox şey bilirəm, hamısını deyə bilmirəm, görülən bu tədbirlərin axırının hara çıxacağını hər kəs görəcək”.
Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
DİN tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində sosial şəbəkələrdə yüksək izləyiciyə sahib cəmiyyətə pis örnək olan şəxslərin məsuliyyətə cəlb olunmasının pərdəarxası nüanslarından danışan partiya sədrinin sözlərinə görə, televiziyalarla millətin ideologiyasını elə pozublar ki, belə vəziyyətdən sosial mediada yüksək izləyiciyə sahib şəxslər istifadə etmək istəyir:
“Zaurlar, Xoşqədəmlər ideologiyanı məhv ediblər. Vəziyyətdən ruhlananlar isə “kanallar belədirsə, biz nəyə qazanmayaq?” deyirlər. Nəticədə isə millətin milli mentaliteti pozulur. İndiki gəlinlərdə, qızlarda vaxtında nənə-babalarımızın bizə öyrətdiklərindən heç nə qalmayıb. Televiziyada “sənin ərin gecə mənə zəng etdi” kimi söhbətlər gedirsə, daha nə gözləyək?! Pozğun hərəkətlərin yayılması bizim gələcəyimizə böyük ziyan vurur. Şəxsən mən “TikTok”a girməyə utanıram”.
“Müəyyən qrupların bu işdə əli var. Azərbaycanda belə təbliğatla öz istəklərinə nail olmağa çalışırlar. Lakin təbliğ olunmalı mövzu varsa, bu, bizim dövlətçiliyimiz olmalıdır. Həyata keçirilən əməliyyatları alqışlayıram. Ardı olmalıdır. Araşdırmaların axırı hara çıxacaq, görəcəksiniz. Çox şey bilirəm, hamısını deyə bilmirəm”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az