Partiya sədrini çəkmək istəyən kameraman hovuza düşdü – VİDEO

Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun qatıldığı toyda ilginc anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, Kılıçdaroğlu Ankarada dəvət edildiyi toy mərasiminə qatılıb.

Kılıçdaroğlunun şadlıq sarayına girişini görüntüləmək istəyən kameraman arxa-arxaya gedib. Partiya sədri onun yanına gəldikdə isə bir az da geri gedərək hovuza düşüb.

Kamal Kılıçdaroğlu nə baş verdiyini dərk etməyib, bir neçə saniyə yerində donub qalıb.

Həmin anların görüntüsünü təqdim edirik: