Partiya sədrinin bu dəfəki hədəfi sadə vətəndaşlardır
Tahir Kərimli: “Siyasi nöqteyi-nəzərdən cəmiyyətdə bir passivlik mövcuddur”
“Azərbaycanda vətəndaşlarının siyasi mədəniyyəti siyasətçi olaraq məni qane etmir”. Bu sözləri Yenicag.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirdi: “Cəmiyyət fərdlərin cəmidir. İnsanın şəxsiyyət kimi formalaşması cəmiyyətlə fərdi münasibətlərinin nəticəsidir. Bu nöqteyi-nəzərdən onu cəmiyyətin toplum halında dövlət və siyasi proseslərə münasibətinin məcmusu kimi xarakterizə etmək olar. Bir sözlə insan sosial varlıqdır, cəmiyyətdən təcrid ola bilməz. Dövlət cəmiyyətdə siyasəti müəyyən edən ən böyük amildir.
Siyasi nöqteyi-nəzərdən cəmiyyətdə bir passivlik mövcuddur. Azərbaycanın problemlərinə laqeydlik var. Sadəcə olaraq, son dövrlər yeganə Qarabağ məsələsində dövlətin apardığı siyasətlə bağlı olaraq ümidlər müəyyən qədər artıb. İnsanlarda bu məsələdə müəyyən ümid yaranır ki, dövlətimiz cəmiyyət tərəfindən dəstəklənir. İnsanlar vətən üçün şəhid olmağa da hazırlaşırlar. Amma proporsional seçkinin ləğvi partiyaların cəmiyyətə təsirini çox kiçiltdi. İstər liderlərin şəxsində, istər partiya kimi cəmiyyətə onların təsiri yox dərəcəsindədir. Siyasi ideologiyanın zəifliyi də bizləri qane etmir”.
Rüfət