Partlayış zamanı ana və oğlu yandı-Daşkəsəndə

media-hightechnic-468x90

Ambulance_070309Daşkəsən rayonunda baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından  verilən məlumata görə, hadisə rayonun Alünitdağ qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Sevil Bayramova hamamda qaz sobasını yandırmaq istəyərkən partlayış olub. S. Bayramova və 2006-cı il təvəllüdlü oğlu Elcan Həsənov yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onların vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, partlayış baş verən ev yararsız hala düşüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa