Paşinyan Brüsselə getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Belçika Krallığının paytaxtı Brüsselə səfər edib.
Yenicag.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazir aparatı məlumat yayıb.
Bildirilib ki, Paşinyan 8-9 oktyabr tarixlərində ikinci beynəlxalq “Global Gateway” konfransında iştirak edəcək.
Səfər çərçivəsində Baş nazirin Ermənistanın xarici tərəfdaşları ilə görüşləri də nəzərdə tutulub./Qafqazinfo/