Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri" müvəqqəti olaraq dövlətin nəzarətinə keçəcək
Dövlət iş adamı Samvel Karapetyanın “Ermənistan Elektrik Şəbəkələri”nin idarəetməsini müvəqqəti olaraq öz üzərinə götürəcək və daha sonra ən səmərəli operatoru tapacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransında bildirib.
O, daha sonra ən səmərəli operatorun tapılacağını əlavə edib.
“Hazırkı mərhələdə biz “Ermənistan Elektrik Şəbəkələri”nin idarəçiliyini öz üzərimizə götürməliyik və bunu edəcəyik, lakin biz bu milliləşdirmə və ya satınalma prosesi zamanı və ya sonra dövlətin ”Ermənistan enerji şəbəkələri”ni həmişə idarə edəcəyini heç vaxt deməmişik. Bizim vəzifəmiz ən səmərəli idarəedicini tapmaq, ictimai və dövlət nəzarətini formalaşdırmaqdır”, – Baş nazir vurğulayıb./report