Paşinyan: "Ermənistanla Azərbaycan arasında yollar açılır"

media-hightechnic-468x90

Vaşinqton razılaşmaları nəticəsində Ermənistan 30 ildən artıq davam edən blokadadan sonra təcrid vəziyyətindən çıxır. Bu, bir müddət əvvəl qeyri-mümkün hesab edilən nəticədir.

“Report” xəbər verir ki, bu barədə Ermənistan lideri xalqa müraciətində bildirib.

“Ermənistanla Azərbaycan arasında yollar açılır. Bu o deməkdir ki, nəqliyyat kommunikasiyalarının bərpası və tikintisi sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və razılaşdırılması prosesləri ilə müşayiət olunmalıdır”, – siyasətçi deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan sərhədi keçmə prosedurlarını sadələşdirməyə hazırdır.

“Bu, ilk növbədə, həll edilməli olan məsələdir. Bu, bizim üçün yeni narahatlıqlar yaradırmı? Qətiyyən yox. Çünki Vaşinqton Bəyannaməsinin üçüncü bəndində qarşılıqlılıq prinsipi təsbit olunub və bu, Azərbaycan Respublikasının da Ermənistan Respublikası ilə eyni qaydalarla hərəkət edəcəyinə zəmanətdir”, – o vurğulayıb./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa