!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Gümrüdə adam “oğurluğu”na BAŞLADI – Şəhərdə vəziyyət GƏRGİNLƏŞİR

!Reklam – Yazi

Gümrüyə səfərdən sonra güc strukturları yeni siyasi təlimat alıblar: onlar müxalifət nümayəndələrinin ətrafındakı şəxslər barədə kompromat toplamalıdırlar.

Yenicag.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzetinin şəhərdəki mənbələri məlumat yayıb.

Nəşr yazır ki, buna uyğun olaraq, müxalifət partiyaları və bloklarında yer alan şəxslərlə bağlı kompromat dosyesi hazırlanır.

Gümrüdəki mənbələrin bildirdiyinə görə, bu siyasi təlimat hakim Vətəndaş Müqaviləsi Partiyasının (VMP) dəstəklədiyi namizəd Sarik Minasyanın doğma qardaşı olmayan, lakin bölgədə tanınan Şirak Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Kamo Nersisyan vasitəsilə həyata keçiriləcək.

KİV iddia edib ki, Paşinyan Gümrüdə hakimiyyəti ələ keçirmək üçün hər şeyə hazırdır, hətta etirazçılardan adam “oğurlamağa” belə. Qəzet onu da əlavə edib ki, dünən bütün gün sözügedən məsələ ilə bağlı Sarik Minasyanla əlaqə saxlamağa çalışsa da, o, zənglərə heç bir şəkildə cavab verməyib.

Rafi Müslümov

www.yenicag.az

84
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv