!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan hakimiyyətini bu yolla uzatmaq istəyir: “Ermənistanın müdafiə qabiliyyəti darmadağın ediləcək”

!Reklam – Yazi

“Azərbaycan güc yolu ilə istəyinə nail olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının ləngiməsini şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, Ermənistan sülhə məcbur edilməlidir.

“Dəfələrlə demişəm ki, Paşinyanın əsas məqsədi hakimiyyət müddətini uzatmaqdır. Müəyyən qədər Ermənistanın müdafiə qabiliyyətini gücləndirsin. Paşinyanı Azərbaycan sülhə məcbur edir. İndi də fürsətdən istifadə edib, konstitusiya dəyişikliyini 2026-cı ilə nəzərdə tutub. Paşinyan nə qərar verir-versin, Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalacaq. Azərbaycan mövcud reallıqlarla barışmır”, – deyə o qeyd edib.

Partiya sədri vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh şəraitində yaşamalıdır, konstitusiyasını dəyişməli, silahlanmadan imtina etməlidir.

“Əks halda, Azərbaycan lazım olan addımları atacaq. Azərbaycan güc yolu ilə istəyinə nail olacaq. Ermənistanın müdafiə qabiliyyəti darmadağın ediləcək. Bunu Ermənistanın havadarları da çox yaxşı bilir. Paşinyan fürsətdən istifadə edir, manevrlər edir, ancaq bunun Ermənistan üçün müsbət nəticəsi olmayacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

855
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv