Paşinyan hökumətində Torosyanın təyinatı narazılıq YARATDI – Partiyada XAOS

media-hightechnic-468x90

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının daxilində ArsEn Torosyanın yenidən nazir postuna gətirilməsi gərgin müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzetinin məlumat yayıb.

Nəşr yazır ki, Torosyanın Əmək və Sosial Məsələlər naziri təyin olunması partiya üzvləri üçün gözlənilməz qərar olub. Xatırladaq ki, o, bir müddət əvvəl Baş nazir Nikol Paşinyanın narazılığı səbəbindən vəzifədən uzaqlaşdırılmışdı.

Məlumata əsasən, Torosyan partiya rəhbərliyində özü namizədliyini irəli sürüb və alternativ olmadığı üçün Paşinyan bu qərarı qəbul edib.

Qəzet yazır ki, hakimiyyətin bir çox təmsilçiləri boş qalan nazir postunun müəyyən müddət vakant qalmasını Torosyanın təyinatından daha doğru hesab edirdilər. Bildirilib ki, bu təyinat hakimiyyət daxilində hələ də “şok qərar” kimi dəyərləndirilir.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa