!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan Laçın və dəhlizlə bağlı müsbət açıqlama verdi, lakin..." - ŞƏRH

!Reklam – Yazi

“Əgər ermənilər öz xoşları ilə Laçını boşaltmasalar, güc hesabına oradan çıxarılacaqlar”.

Bunu Qarabağda keçirilmiş xüsusi əməliyyatdan sonra baş verən proseslər və erməni tərəfinin Laçından çıxmamaqla bağlı israrı haqda danışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, ermənilərin Laçından çıxmamaq kimi şansları yoxdur:

“Sonuncu əməliyyatdan sonra ermənilərin özündə şok hal və qorxu yaranıb. “Qarabağ klanı” olan Sarkisyan, Köçəryan, Ohanyan və digərləri gərginliyi daim saxlamaq istəyirlər. Laçından çıxmamaqla bağlı çağırışlar edənlər var. Hətta insanları silahlandırmaq lazım olduğunu deyənlər var. Ermənistanın sabiq xarici işlər naziri, “İrs” partiyasının sədri Raffi Ovannisyan bildirir ki, Laçında mübarizə aparacaq. Sabiq XİN rəhbəri absurd olaraq deyir ki, Laçının təhvil verilməsi ərazilərinin itirilməsi anlamına gəlir. XİN rəhbəri olmuş biri bilmir ki, Azərbaycanın ərazi bütövlüyü və sərhədləri BMT tərəfindən tanınıb?!

Paşinyan Laçın və dəhlizlə bağlı müsbət açıqlama verdi, lakin onun əleyhdarları çoxdur. “Qarabağ klanı” hələ də öz ampluasındadır.

Laçında 400 nəfərin silahlandırıldığını deyirlər. Lap olsun 1000 nəfər. O say və qüvvə Azərbaycan ordusu üçün heç nədir. Onlar təxribatlara əl atmaq istəyirlər. İstəmirlər ki, sülh olsun. Delimitasiya və demarkasiya məsələsinin həyata keçirilməsinə də mane olmaq istəyirlər.

Rusiyanın hazırda iqtisadi vəziyyəti ürəkaçan deyil. Zəngəzur dəhlizinin açılması Azərbaycandan daha çox Rusiya üçün vacibdir. Buna baxmayaraq, onlar da başqa yollara əl atırlar.

Hesab edirəm ki, ermənilərin nə deyib-etmələrindən asılı olmayaraq, Laçını tərk edəcəklər. Orada artıq köç başlayıb. Bu barədə erməni mətbuatı da yazır.

Son əməliyyatlardan sonra bəzi ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət ediblər. Düşünürəm ki, bu, inam da ola bilər, təxribat da, hiylə də. Onları araşdırmadan inanmaq olmaz”.

Səxavət Məmməd

www.yenicag.az

1907
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv