Paşinyan Münhendə regional sülhdən danışdı

media-hightechnic-468x90

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Tətbiqi Siyasət Araşdırmaları İnstitutu (APRI Ermənistan) və Müşahidəçi Araşdırmalar Fondunun birgə təşkil etdiyi “Minilateralizm və Qlobal Alyanslardan Məqsədli Tərəfdaşlıqlara Keçid” adlı dəyirmi masada iştirak edib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Nikol Paşinyan çıxışında qeyd edib ki, Ermənistanın xarici siyasəti beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlıq yolu ilə ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə və iqtisadi inkişafına yönəlib: “Ermənistan Respublikası hökumətinin əsas prioritetləri regional sülhün bərqərar edilməsinə yönəlmiş addımlar və “Sülhün kəsişməsi” layihəsidir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa