Paşinyan Putinə zəng etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi quraraq, bu il avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələrini ətraflı şəkildə bölüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, Paşinyan Putinə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması barədə məlumat verib.
Həmçinin, ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğv olunması ilə bağlı ATƏT-ə birgə müraciət, regional kommunikasiyaların ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri əsasında və qarşılıqlı razılıqla açılması məsələləri müzakirə olunub.
Telefon danışığında həmçinin “Beynəlxalq sülh və rifah naminə Tramp Yolu” layihəsi də təqdim edilib.