“Tarix də sübut etdi ki, ermənilər boş xülyalarla heç nə əldə edə bilməyəcək”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “erməni soyqırımından” imtina və milli erməni mövqeyində dəyişiklik etməsinin səbəblərini şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Ermənistanın keçmişi ilə gələcəyi barədə düzgün təhlil aparan ermənilər 100 ildən artıqdır ki, ortaya atdıqları qondarm “erməni soyqırımı”nın onlara heç nə qazandırmadığını dərk etdilər.
“Sadəcə, bəzi qüvvələr bu adla Ermənistandan alət kimi istifadə edib digər dövlətlərə qarşı maraqlarını təmin etməyə çalışırdılar. Tarix də sübut etdi ki, ermənilər boş xülyalarla heç nə əldə edə bilməyəcək”, – deputat qeyd edib.
Ətraflı videonu təqdim edirik:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az