Paşinyan “soyqırımı” kartını tarixin zibilliyinə TULLADI – Ermənilərin mifi NECƏ DAĞILDI?
“Bu dönüş tam səmimi deyil, daha çox geosiyasi məcburiyyətin nəticəsidir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “erməni soyqırımı” olmayıb” bəyanatını şərh edib.
Politoloq bildirib ki, Paşinyanın “erməni soyqırımı olmayıb” deməsi və Ermənistanın, eləcə də erməni xalqının bu məsələdə maraqlı olmadığını dilə gətirməsi, əslində. bir neçə mühüm detalı üzə çıxarır:
“Səsləndirilən fikirlər sırf tarixi mövqedən imtina deyil, geosiyasi vəziyyətin diktə etdiyi məcburi addımdır. Ermənistanın “erməni soyqırımı” kartı uzun illər Qərbdə, xüsusilə də Fransa və ABŞ kimi dövlətlərin siyasi təzyiq aləti olub. Paşinyan isə indi həmin kartın Ermənistanı inkişaf etdirmədiyini, əksinə, ölkəni beynəlxalq siyasətdə “əbədi qurban” obrazına saldığını anlamağa başlayıb. Bu, əslində gecikmiş realizmdir”.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi anlayır ki, qondarma “soyqırımı” məsələsi nə iqtisadi, nə təhlükəsizlik, nə də siyasi müstəvidə onlara fayda gətirmir:
“Əksinə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının qarşısında ən ciddi ideoloji sədd məhz bu uydurma iddiadır. Paşinyan həmin maneləri tədricən aradan qaldırmağa çalışır. Lakin burada bir “amma” var. Həmin açıqlama Ermənistanın dövlət mövqeyi kimi yox, hələ ki, daha çox Paşinyanın özünün mövqeyi kimi səslənir. Ermənistan cəmiyyətində və diasporunda hələ də “soyqırımı” iddiasına bağlı güclü təbəqə mövcuddur. Ona görə də Paşinyanın bu mövqeyinin daxili siyasətdə ciddi təlatümlərə səbəb olacağı qaçılmazdır”.
“Ermənistan rəhbərliyi artıq anlayır ki, əsassız iddialar və miflərlə dövlət qurmaq mümkün deyil. Onlar yavaş-yavaş reallığa qayıtmağa məcbur qalırlar. Amma bu dönüş tam səmimi deyil, daha çox geosiyasi məcburiyyətin nəticəsidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli